Şotlandiya - Ukrayna matçı təxirə salındı

14:55 - 8 Mart 2022

Şotlandiya və Ukrayna yığmaları arasında futbol üzrə 2022-ci il dünya çempionatına vəsiqə uğrunda keçirilməli olan pley-off oyunu təxirə salınıb.

Sportal.az xəbər verir ki, görüşün yeni tarixi qarşıdakı 48 saat ərzində bəlli olacaq. Qarşılaşma martın 24-də Qlazqoda oynanmalı idi.

Qeyd edək ki, Ukrayna Futbol Assosiasiyası ölkədəki müharibə ilə əlaqədar oyunun başqa vaxtda keçirilməsi üçün FIFA-ya müraciət edib.

Xəbər xətti