"Barselona" Rusiyada oynayan futbolçunu istəyir

17:36 - 8 Mart 2022

“Barselona” “Zenit”dən futbolçu almaq niyyətindədi.

Sportal.az “Sport.es” portalına istinadən xəbər verir ki, Kataloniya klubu braziliyalının transferi üçün agenti ilə danışıqlara başlayıb.

FİFA Rusiyada oynayan futbolçulara müqavilələrini birtərəfli xitam etməyə icazə verdiyi üçün Kataloniya təmsilçisi futbolçunu “Barselona”ya keçmək üçün razı salmağa çalışır. 

​27 yaşlı müdafiəçi “Nautiko”, “Qranada”, “Udineze”, “Atletiko Mineyro” və “Hamburq”da oynadıqdan sonra 2019-cu ildə “Zenit”ə keçib.

Xəbər xətti