"Qəbələ"nin aparıcı futbolçusu İsnik Alimi sosial şəbəkədə paylaşım edib.
Sportal.az xəbər verir ki, şimali makedoniyalı futbolçu instaqram səhifəsində “Qarabağ”la matçdan fotosunu paylaşaraq bunları yazıb:
"Uğur qazanmaq üçün, uğur arzunuz uğursuzluq qorxunusundan daha çox olmalıdı. Davam edək".
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 18-ci turunda "Qarabağ"la səfər matçında 1:5 hesabı ilə uduzub.

