“Şalke”nin yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, II Bundesliqa təmsilçisinin “sükan”ı Mixael Byuskensə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
"Şalke"nin əvəzedici komandasında Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşov çıxış edir.
