"Spartak"ın futbolçusu Ayrton "Fənərbağça"ya keçməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu artıq İstanbul təmsilçisi ilə razılaşıb.
FİFA Rusiyada çıxış edən legionerləri birtərəfli xitam verməsinə icazə verib.
Bundan istifadə edən Ayrton “Fənərbağça”ya keçməyə hazırlaşır. 24 yaşlı futbolçunun yaxın günlərdə Türkiyəyə yollanacağı iddia edilir.
“Fluminense”də oynamış Ayrton “Madureyra”, “Londrina”da oynadıqdan sonra 2018-ci ildə “Spartak”a keçib.
