"Neftçi"nin sabiq futbolçusu: "Həmin vaxtı vətənimə dönməli olmuşdum"

21:43 - 8 Mart 2022

"İonikos" forması geyinən Vangelis Platellas Sportal.az saytına qısa açıqlama verib.

"Neftçi"də oynamış yunanıstanlı futbolçunun Azərbaycandan ayrılması gözlənilməz olmuşdu. 33 yaşlı futbolçu ölkəmizi tərk etməsini qısa şərh edib: "Neftçi"dəki çıxışımı həmişə xatırlayıram. Azərbaycandan ayrılmağımın səbəbi? Belə deyim, həmin vaxtı sadəcə vətənimə geri dönməli olmuşdum".

2019-cu ildə “OFİ Krete”dən ayrılmış yarımmüdafiəçi “Neftçi”yə keçmişdi.

Xəbər xətti