"Real"ın yarımmüdafiəçisi Luka Modriç Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab qarşılaşması öncəsi danışıb.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan xorvatiyalı futbolçu həm “kral klubu”, həm də Paris təmsilçisinin oyun öncəsi təzyiq altında olduğunu söyləyib:
"İndi hər iki komanda təzyiq altındadı. Həm biz, həm də PSJ yarımfinala vəsiqə qazanmaq istəyir. "Real" Çempionlar Liqasında növbəti qələbəsini arzulayır və bunun üçün əlimizdən gələni edəcəyik. PSJ hələ ki, bu turnirin qalibi olmayıb. Bu da onu göstərir ki, Çempionlar Liqasını qazanmaq həqiqətən də inanılmaz dərəcədə çətindi".
