Polşa millisi finala vəsiqə qazandı - FİFA açıqladı

23:20 - 8 Mart 2022

Polşa millisi DÇ-2022-nin pley-off mərhələsində avtomatik olaraq finala vəsiqə qazanıb.

Sportal.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, fevralın 28-də UEFA və FİFA Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə əlaqədar birincilərin klub və milli komandalarını beynəlxalq yarışlardan uzaqlaşdırmışdı.

FİFA-nın qəbul etdiyi sanksiyalara əsasən Rusiya millisi Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə çıxmaq hüququndan məhrum edilib. Bu gün isə ali qurum rəsmi qərarını açıqlayıb.

Rusiya millisi martın 24-də Polşa ilə pley-off matçı oynamalı idi. 5 gün sonra isə cütün qalibi İsveç – Çexiya millilərinin qalibi ilə qarşılaşmalı idi. 

Bir müddət əvvəl isə Polşa, İsveç və Çexiya Futbol Federasiyaları Rusiya ilə oynamaqdan imtina etdiyini açıqlamışdı.

Xəbər xətti