AFFA rəsmisi Konfrans Liqasına təyinat aldı

10:16 - 9 Mart 2022

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Sportal.az xəbər verir ki, Konfrans Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində martın 17-də Avstriyanın Sankt-Polten şəhərindəki NV Arenada keçiriləcək LASK (Avstriya) – “Slaviya” (Praqa, Çexiya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Xəbər xətti