Çempionlar Liqası: "Mançester Siti" "Sportinq"ə, "Real" PSJ-yə qarşı

10:37 - 9 Mart 2022

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

Sportal.az xəbər verir ki, mərkəzi oyun Madriddə baş tutacaq. "Real" burada Fransa PSJ-sini qəbul edəcək. Parisdə keçirilən ilk matçda fransızlar minimal hesablı qələbəyə sevinib.

Gecənin digər matçında İngiltərənin "Mançester Siti" klubu evdə Portuqaliya "Sportinq"ini sınağa çəkəcək. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan "şəhərlilər" cütün taleyini demək olar ki, həll ediblər.

UEFA Çempionlar Liqası

1/8 final, Cavab oyunları

9 mart

00:00. "Real" (İspaniya) - PSJ (Fransa)

Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun - 0:1

00:00. "Mançester Siti" (İngiltərə) - "Sportinq" (Portuqaliya)

Baş hakim: Halil Umut Meler (Türkiyə)

​İlk oyun: 5:0

Xəbər xətti