Qazaxıstan millisində baş məşqçi dəyişikliyi baş verib.
Sportal.az xəbər verir ki, Talqat Baysufinovla müqaviləyə xitam verən federasiya rəhbərliyi Andrey Karpoviçlə anlaşıb.
41 yaşlı mütəxəssis yığmanı qarşıdakı 2 matça - Moldovaya qarşı UEFA Millətlər Liqasının pley-off görüşlərinə hazırlayacaq. Qarşılaşmalar martın 24-də və martın 29-da olacaq.
Cütün qalibi Azərbaycan, Belarus və Slovakiyaya C Liqasının 2-ci qrupunda rəqib olacaq.
