"Mançester Siti"ni PSJ-yə dəyişmək istəyir

14:34 - 9 Mart 2022

Riyad Mahrez "Çelsi" və PSJ arasında seçim edəcək.

Sportal.az "Foot Mercato"ya istinadən xəbər verir ki, əlcəzairli futbolçu yayda "Mançester Siti"ni tərk etmək istəyir.

31 yaşlı futbolçuya hazırda "Çelsi" və PSJ-dən rəsmi təkliflər gəlib. Parislilər Mahrezə Anhel Di Mariyanın əvəzləyicisi gözü ilə baxır.

​Mahrezin "şəhərlilər"lə müqaviləsi 2023-cü ilə qədər olduğundan PSJ onun üçün 40 milyon avro ödəməli olacaq.

Xəbər xətti