17 nəfərin öldüyü matçla bağlı qərar açıqlandı

15:40 - 9 Mart 2022

"Keretaro" və "Atlas" komandaları arasında Meksika çempionatının yarımçıq dayandırılmış IX tur oyunu ilə bağlı qərar verilib.

Sportal.az xəbər verir ki, “Keretaro”nun azarkeşləri  3 il ev, 1 il isə səfər oyunlarına buraxılmayacaq. “Atlas” fanatlarına isə 6 ay səfər məhdudiyyəti qoyulub.

Meksikada stadionların təhlükəsizliyi yüksək səviyyəyə çıxarılacaq və girişlərdə üz tanıma sistemindən istifadə olunacaq.

Bundan başqa, "Keretaro"ya ilin sonunadək klubu satmaq üçün vaxt verilib. Bu, gerçəkləşməyəcəyi təqdirdə, klubun idarəetməsi Liga MX-a keçəcək.

“Keretaro” – “Atlas” matçında azarkeşlər arasında dava yaşanıb və 17 nəfər vəfat edib.

Xəbər xətti