Tanınmış ukraynalı məşqçi Sergey Rebrov Rusiyanın ölkəsinə hərbi təcavüzü haqda danışıb.
Sportal.az xəbər verir ki, hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" klubunu çalışdıran 48 yaşlı mütəxəssis Ukraynaya dönəcəyini və döyüşlərə qatılacağını bildirib:
"Birləşmiş Ərəb Əmirliklərində işim var. Amma mövsüm bitən kimi Ukraynaya qayıdacağam. Mümkün qədər tez bir zamanda gedəcəyəm. Əlbəttə ki, əlimə silah alacağam. Qalib gələn biz olacağıq. Hər hansı bir razılaşma görmürəm. Çünki Putinlə razılıq əldə edilə bilməz. Ölkəmizi işğal etməyi düşünür. İndi ölkəmiz üçün döyüşürük, azadlıq istəyirik. Bizə nə etməli olduğumuzun deyilməsini istəmirik".
saytlarin hazirlanmasi
