"Arsenal"dan "Yuventus"a

21:55 - 9 Mart 2022

"Yuventus" "Arsenal"ın hücumçusu Aleksandr Lakazetlə maraqlanır.


Sportal.az "calciomercato"ya istinadən xəbər verir ki, fransalı hücumçu bu yay London klubunu tərk edəcək.

30 yaşlı futbolçu "Arsenal"dakı karyerasından narazıdı və buna görə də Turinə yollanmaq istəyir. Paulo Dibalanın gedişindən sonra onun boşluğunu "qoca sinyora" məhz Lakazetlə doldurmaq istəyir.

Xəbər xətti