Millinin üzvü "Real" və "Barselona"nın transfer siyahısında yer alıb

22:44 - 9 Mart 2022

"Lester" və Belçika millisinin üzvü Yuri Tilemans karyerasında dəyişiklik etməyə hazırlaşır.

Sportal.az "Foot Mercato"ya istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi birdən-birə 5 klubdan rəsmi təklif alıb.

Belə ki, 24 yaşlı futbolçu hazırda "Real" və "Mançester Siti" başda olmaqla, "Mançester Yunayted", "Arsenal" və "Barselona"nın transfer siyahısındadı.

Hazırki klubu ilə müqaviləsi gələn ilin mayında bitəcək Tilemansın yayda İngiltərəyəni tərk edib-etməyəcəyi dəqiq bilinmir. "Lester" futbolçusu üçün 40 milyon avro tələb edir. Ki, bunu da adıçəkilən klubların hər biri ödəməyə hazır olduğunu bildirib.

Xəbər xətti