"Mançester Siti"nin futbolçusu 4-cü braziliyalı oldu

18:23 - 10 Mart 2022

“Mancester Siti”nin futbolçusu Fernandinyo Çempionlar Liqasında 100 oyun keçirən dördüncü braziliyalı futbolçu olub.

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu ÇL-in 1/8 final mərhələsinin “Sportinq”lə cavab oyununda (0:0) meydana start heyətində çıxıb. Məhz bununla da braziliyalı mötəbər turnirdə 100 oyun həddinə çatıb

Fernandinyo Dani Alveş, Roberto Karlos və Marselodan sonra ÇL-də 100 oyun keçirən dördüncü braziliyalı olub.

O, ilk dəfə 15 il əvvəl, “Şaxtyor”un (Donetsk) heyətində Çempionlar Liqasında debüt edib.

Xəbər xətti