"Dinamo"nun baş məşqçisi Jelko Kopiç "Hayduk"a qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında çıxış edib.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Mahir Emreli haqda danışıb: "Mahir bütün oyunçularla eyni statusdadı. Şənbə günü derbidə ona şans verəcəm. Bura yeni gələndə heç də yaxşı formada deyildi. Çünki uzun müddət komanda ilə məşqlərdən, oyunlardan kənar qalmışdı. Ona şans verə biləcəyim an axtarırdım. Düzdür, çox oyun buraxır. Amma mənim üçün hər bir futbolçu eynidir".
Martın 12-də keçiriləcək "Hayduk" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
