"Mançester Yunayted" portuqaliyalıya yeni müqavilə təklif edəcək

20:38 - 10 Mart 2022

"Mançester Yunayted" Dioqo Dalotla yeni müqavilə imzalamaq istəyir.

Sportal.az "TEAMtalk"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi portuqaliyalıya yeni müqavilə təklif edib.

Amma futbolçu yeni müqavilə imzalamağa tələsmir. Belə ki, o, əsas heyətdə tez-tez şans veriləcəyi təqdirdə, yeni müqavilə imzalayacaq.

Dalotun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin iyunun 30-na qədərdi. 

Xəbər xətti