Yığmamızın sabiq üzvü qol vurdu, Namiqin komandası uduzdu

22:49 - 10 Mart 2022

Türkiyə 1-ci liqasında 22-ci turdan təxirə salınmış oyun keçirilib.

Sportal.az xəbər verir ki, millimizin futbolçusu Namiq Ələgərovun formasını geyindiyi "Bursaspor" "Eyüpspor"un qonağı olub.

Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə sona çatıb. Meydana start heyətində çıxan Namiq matçı əvəzedilmədən keçirib. Ev sahiblərinin qollarından birini U-21 yığmamızın sabiq üzvü Timur Temeltaş vurub.

​26 oyunda 25 xal toplayan "Bursaspor" 19 komanda arasında 18-cidir.

Xəbər xətti