Yığma komandamız "Sumqayıt"a 5 qol vurdu

10:37 - 11 Mart 2022

Bakıda təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, “Sumqayıt”ın U-17 komandası ilə qarşılaşan yığma 5:0 hesablı qələbə qazanıb.

Emil Şəkixanovun dubl etdiyi oyunda U-17-nin digər qollarını Eltun Babazadə, Balamirzə Mehdizadə və Elgün İsaqov vurub.

​U-16 daha öncə “Neftçi”nin müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılmışdı.

Xəbər xətti