Qazaxıstan çempionatının 2-ci turunun "Akjayik" və "Turan" klubları arasında keçirilməsi nəzərdə tutulan oyun təxirə salınıb.
Sportal.az xəbər verir ki, matçın təxirə salınmasının səbəbi hava şəraitidi.
Klub rəsmilərinin hakimlərlə müzakirəsindən sonra matçın başqa vaxta təxirə salınması qərara alınıb.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan millisinin qapıçısı Emil Balayev "Turan"a keçib. Yığmamızın sabiq üzvü Vaqif Cavadov isə Qazaxıstan klubunda məşqçi kimi fəaliyyət göstərir.
