İntizam Komitəsi "Neftçi" və "Qarabağ"ı cərimələdi

16:30 - 11 Mart 2022

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda Divizionun XVII turu ilə bağlı aşağıdakı qəqarlar qəbul edildi:

I Divizionun XVII turunun “Zirə-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun futbolçusu Maqsud Ələkbərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

XVII turun “Səbail-2” – “Sabah-2” oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);

“Sabah-2” komandasının futbolçusu Samir Məhərrəmli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimə olunur (maddə 47.1);

XVII turun “Kəpəz” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);

XVII turun “Neftçi-2”  – “Qarabağ-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);

“Neftçi-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);

“Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);

“Qarabağ-2” komandasının azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün komanda 80 manat cərimə olunur (maddə 51.2).

Xəbər xətti