"Zirə"nin çalışdırıcısı Rəşad Sadıqov "Qarabağ"ın futbolçusu Abdulla Zubirin instaqramdakı təbrik mesajına maraqlı cavab yazıb.
Sportal.az xəbər verir ki, Zubir Sadıqovu baş məşqçi kimi ilk medalı qazanması münasibətilə təbrik edib: "Sən bunu haqq etdin, mənim qardaşım. Sənin adına sevinirəm".
Rəşad Sadıqov isə Zubirə bu cür cavab yazıb: "Təşəkkür edirəm. Ümid edirəm ki, sən məni mayın 27-dəki kubok oyununun finalından sonra da təbrik edərsən".
Mayın 27-də Qəbələdə keçiriləcək Azərbaycan kubokunun finalında məhz “Zirə” “Qarabağ”la görüşəcək.
