"Araz Naxçıvan" və "Zaqatala" təcili yardıma, "Səbail" baş məşqçiyə görə cərimələndi

15:23 - 14 Oktyabr 2022

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda I Divizionun VII turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Araz Naxçıvan” – “Turan Tovuz-2” oyununa Təcili tibbi yardım briqadasının gecikməsi səbəbi ilə “Araz Naxçıvan” klubu 160 manat cərimə olunur;

“Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur;

“Araz Naxçıvan” klubunun futbolçusu Xəyal Tomarov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Qaradağ Lökbatan” – “Kəpəz-2“ oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur;

“Səbail 2” – “Şamaxı 2” oyunu bitdikdən sonra meydana kənar şəxslərin daxil olması səbəbindən “Səbail 2” komandası 160 manat cərimə olunur;

“Səbail 2” komandasının baş məşqçi Asif Mirili hakimə etiraz etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün baş məşqçi 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur;

“Zaqatala” – “Qarabağ-2” oyununda Təcili tibbi yardım briqadası oyuna vaxtında gəlmədiyi üçün “Zaqatala” klubu 160 manat cərimə olunur;

“MOİK” – “Zirə-2” oyununda “Zirə-2” komandası oyun öncəsi elektron protokolu sistemə vaxtında ötürmədiyi üçün  80 manat cərimə olunur.

Xəbər xətti