"Çelsi" "Borussiya"nın futbolçusu Cud Bellingemi transfer etmək istəyir.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, London təmsilçisi 19 yaşlı yarımmüdafiəçi üçün Almaniya klubuna 100 milyon funt-sterlinqlik təklif göndərib.
Lakin dortmundlular bu təklifi rədd edib. Bundesliqa klubu ingilis futbolçu üçün 120 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, Cud Bellingem "Borussiya"ya 2020-ci ilin yayında "Birmingem"dən transfer olunub. Gənc oyunçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 14 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
