Elmar Baxşıyev: "Heç nə itirilməyib"

17:39 - 14 Oktyabr 2022

Premyer Liqanın X turunun “Şamaxı” – “Qəbələ” (1:1) oyunundan sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı danışıb:

"Şamaxı" son turlarda məzmunlu, intizamlı oyun nümayiş etdirir. Digər tərəfdən isə bizim üçün süni örtüklü meydandan təbii örtüyə keçmək ağır gəlir. Buna rəğmən çoxsaylı qol epizodları yaratdıq. Son oyunlarda olduğu kimi bu gün də qol epizodlarını reallaşdırmaqda çətinlik çəkdik. Amma heç nə itirlməyib. Daha yaxşı olmağa çalışırıq".

- Felipe Santos topu boş qapıdan keçirə bilmədi. Həmin epizod oyunun qırılma anı idi?
- Oyunun qırılma nöqtəsini təkcə Felipe ilə bağlamazdım. Felipeden əvvəl Ramon Maçadonun da qol epizodu var idi. Rafael Utziq də təkbətək epizod əldə etdi, onu dəyərləndirsəydi, indi fərqli düşünərdik. Hərdən çətin epizodu dəyərləndirirsən, bəzən isə daha rahat epizodda çətinlik çəkirsən.

- Matçın son saniyələrində hakimdən penalti tələb edirdiniz. Həmin epizodla bağlı fikriniz necədi?
- Yəqin ki, onlar epizodu daha yaxşı dəyərləndirərlər. Amma top qapı istiqamətinə gedirdi və bizə penalti kimi göründü. İstənilən halda, qərar onlarındı. Yəqin ki, ədalətli qərar veriblər.

- Rafael Utziq əvəzlənəndə sanki sizə etiraz edirdi...
- Oyunçu sterssli olur və hər xırda epizodları narazılıq etdiyi kimi dəyərləndirməzdim. İki-üç qol epizoduna girir, dəyərləndirə bilmir, üzüntülü olur. Komandada hər şey qaydasındadı, hamı bir-birinə dəyər verir. Rafael Utziq inandığım futbolçudu və sona kimi meydanda olacaq.

- Futbolçulardakı geriləmə nə ilə əlaqədardı?
- Fərdi olaraq kimisə vurğulamazdım. Oyun epizodlarında hərdən komanda şəklində oyundan qopuruq. Bunun üzərində dayanıb, daha da yaxşılaşdırmalıyıq.

- Qəbələdə süni örtüklü meydança da var. Orada hazırlaşmaq olmazdı?
- Heyət geniş olmadığı üçün ehtiyat edirik. Futbolçuları qorumaq istəyirik.

Mirbağırağa

Xəbər xətti