Canni De Byazi: "Azərbaycanda güclü oyunçular var, lakin Kvaratsxeliya bütün lazımi keyfiyyətlərə sahibdi"

18:27 - 14 Oktyabr 2022

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, "Radio CRC"a danışan təcrübəli mütəxəssis "Napoli"nin Çempionlar Liqasındakı çıxışını qiymətləndirib. Bununla yanaşı o, Neapol klubunun aparıcı üzvü Xviça Kvaratsxeliya ilə azərbaycanlı futbolçuları müqayisə edib:

“İndiki "Napoli" adamı heyran edir və sevindirir. "Ayaks"a qarşı ilk görüş çətin keçmişdi. Cavab oyununun da asan olmayacağıı gözləmək olardı. Amma biz onların ifasında gözəl oyun gördük. Sözsüz ki, Azərbaycanda da güclü oyunçular var, lakin Xviça Kvaratsxeliya bütün lazımi keyfiyyətlərə sahibdi. O, utancaq görünsə də, güclü xarakterə, üstün texniki qabiliyyətə malikdi, həmişə komandası üçün üstünlük yaradan oğlandı. Amma onsuz da “Napoli” qeyri-adi işlər görür. Viktor Osimhen Çempionlar Liqasında, A seriyasında, İtaliya kubokunda qələbələr uğrunda mübarizədə kömək edəcək başqa bir "silahdır".

Mirbağırağa

Xəbər xətti