"Səbail" "Neftçi"nin yarımmüdafiəçisini istəyir

18:41 - 14 Oktyabr 2022

"Səbail" "Neftçi"yə məxsus olan Vüsal Əsgərovla maraqlanır.

Sportal.az saytına verilən məlumata görə, Bayıl klubu qışda gənc yarımmüdafiəçini icarəyə götürmək üçün "Neftçi"yə müraciət edəcək.

Mənbənin iddiasına görə, ötən mövsüm "Neftçi"də əsas komandanın heyətində də meydana çıxan Əsgərov bu mövsüm daha çox əvəzedici heyətlərin oyunlarında iştirak edir.

Xəbər xətti