Bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək ulduz futbolçular da var.
Sportal.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) saytı həmin futbolçulardan ibarət “onluq” tərtib edib. Siyahıda adı qeyd edilən futbolçular arasında zədə səbəbindən mundialda iştirak etməyəcəklər də var, millisi mundiala vəsiqə qazanmadığına görə Qətərə yollanmayanlar da.
Maraqlıdır ki, "Roma" və Özbəkistan millisinin hücumçusu Eldor Şomurodovun adı da həmin siyahıya daxil edilib.
1. Erlinq Haaland (Norveç, “Mançester Siti”)
2. Zlatan İbrahimoviç (İsveç, “Milan”)
3. Paulo Dibala (Argentina, “Roma”)
4. Mohamed Salah (Misir, “Liverpul”)
5. Luis Diaz (Kolumbiya, “Liverpul”)
6. Viktor Osimhen (Nigeriya, “Napoli”)
7. Martin Odegaard (Norveç, “Arsenal”)
8. Eldor Şomurodov (Özbəkistan, “Roma”)
9. Riyad Mahrez (Əlcəzair, “Mançester Siti”)
10. Canluici Donnarumma (İtaliya, PSJ)
Mirbağırağa
