"İnter" Milan Şkrinyarla yollarını ayırmaq fikrində deyil.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "nerazzura" slovakiyalı futbolçuya yeni müqavilə təklif edib.
Milan klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq Şkrinyara PSJ-dən rəsmi təklif gəlib.
"İnter" rəhbərliyi slovakiyalı ilə müqavilə müddətini 2025-ci ilə qədər artırmaq niyyətindədi. Tərəflər maliyyə məsələlərində razılıq əldə edərsə, gələn həftə onunla müqavilə müddəti uzadılacaq.
