"Mançester Siti" aparıcı futbolçusu Fil Fodenlə müqavilə müddətini artırmaq fikrindədi.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "şəhərlilər"in rəhbərliyi 22 yaşlı ingilislə müqavilə müddətini 2027-ci ilə qədər artırmaq istəyir.
"Mançester Siti"nin akademiyasının yetirməsi olan Foden 2017-ci ildən əsas komandada çıxış edir və 182 oyuna 52 qol vurub.
