Avropa Liqasında həftənin ən gözəl qolunun adına aydınlıq gəlib.
Sportal.az turnirin "tvitter" səhifəsinə istinadən xəbər verir ki, "Trabzonspor"un futbolçusu Enis Bardinin "Monako"ya vurduğu qol səsvermə zamanı digərlərini qabaqlayıb.
Şimali makedoniyalı futbolçu "Trabzonspor"un "Monako"ya 4:0 qalib gəldiyi görüşdə cərimə zərbəsindən qol vurmuşdu.
Xatırladaq ki, Bardi Emiliano Martinez("Midtülland"), Aleksander Sörlot ("Real Sosyedad") və Coey Vermanı (PSV) qabaqlayıb.
