"Çelsi"nin üzvü Nqolo Kante Fransa millisinə dünya çempionatında kömək edə bilməyəcək.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi zədələnib. Kantenin üç aydan tez meydana dönməyəcəyi dəqiqləşib. Bu isə onun gələn ay başlayacaq mundialda olmayacağını göstərir.
Qətərdə keçiriləcək dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək davam edəcək
