Millimizin üzvü oynadı, komandası qazandı

10:16 - 15 Oktyabr 2022

Niderland birinci divizionunda 11-ci tura start verilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün formasını geyindiyi "Eyndhoven" də növbəti oyununa çıxıb. 

Kökçünün komandası öz meydanında "Oss"a 2:1 qalib gəlib.

Meydana start heyətində çıxan Ozan 57-ci dəqiqədə əvəzlənib. Qələbə sayəsində aktivindəki xalların sayını 22-ə yüksəldən “Eyndhoven” üçüncü pillədə özünə yer edib.

Xəbər xətti