"Barselona" "Valensiya"ya icarəyə verdiyi Niko Qonsalesi geri qaytarmağa hazırlaşır.
Sportal.az "Sport.es" portalına istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi zədəli oyunçuların çoxluğundan sonra bu qərara gəlib.
Bu yay "Valensiya"ya icarəyə verilən Qonsales adıçəkilən komandada 6 oyuna çıxıb və 1 qol vurub.
"Barsa" rəsmiləri "Valensiya" ilə danışıqlara başlayaraq 20 yaşlı futbolçunun icarə müqaviləsini ləğv etmək istəyində olduğunu bildirib.
