Anton oynadı, "Visla" qalib gəldi - VİDEO

10:01 - 15 Oktyabr 2022

Polşa çempionatında 13-cü turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" "Legiya"nı qəbul edib. Görüş Plotsk klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydana start heyətində çıxan Anton əvəz olunmayıb.

Bu qələbə sayəsində xallarını 24-ə çatdıran "Visla" ikinci pillədədi. Turnir cədvəlinə "Rakov" 26 xalla başçılıq edir. 

Xəbər xətti