Almaniya 3-cü liqasında 12-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge Aue" növbəti matçına çıxıb.
Nazarovun komandası "Halleşer"lə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə yekunlaşıb.
Start heyətində meydana çıxan Nazarov sona qədər meydanda olub. O, 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Aue təmsilçisi 12 turdan sonra 10 xalla 18-ci pillədədi.
