Argentina millisinin üzvü İspaniyanı tərk edə bilər

13:33 - 15 Oktyabr 2022

"Atletiko"nun futbolçusu Rodriqo De Paul komandasını dəyişəcək.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, argentinalı futbolçu İngiltərəyə yollana bilər.

Onun xidmətində Premyer Liqa klubları maraqlıdı. İspaniya Primerosundan da De Paulu istəyən komandalar var.

Madrid klubu 28 yaşlı futbolçunu qış "transfer pəncərəsi"ndə sata bilər. 

"Rasinq"(Argentina), "Valensiya", "Udineze"də oynamış Rodriqo 2021-ci ildə "Atletiko"ya keçib.

Xəbər xətti