"Mançester Siti" hazırda dünyanın ən yaxşı komandasıdı"

14:16 - 15 Oktyabr 2022

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə çempionatının 11-ci turunda "Mançester Siti" ilə keçiriləcək oyun barədə danışıb.

Sportal.az "si.com"a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “şəhərlilər”in dünyanın ən güclü komandası adlandırıb:

"Bu cür oyunlara hazırlaşmağı çox xoşlayıram. "Mançester Siti" kimi rəqibi "bağlamaq" çətindi. Bir nəfərin qarşısını alsanız, digəri istədiyini edəcək. Ona görə də bu cür rəqiblərlə oyunda həmişə problem olur. Ancaq hələlik ev oyunumuzdu, "Enfild"də qəbul edəcəyik onları. "Mançester Siti" hazırda dünyanın ən yaxşı futbol komandasıdı. Ancaq biz cəhdimizi edəcəyik. "Enfild" bizə kömək edəcək və bundan istifadə etməyə çalışacağıq".

Xəbər xətti