"Fənərbaxça" rusiyalı forvardı transfer etməyəcək

15:30 - 15 Oktyabr 2022

"Fənərbaxça" "Adana Dəmirspor"un forvardı Artyom Dzyuba ilə müqavilə imzalamaq fikrindən daşınıb.

Sportal.az "Sport-Ekspress"ə istinadən xəbər verir ki, bir müddət əvvəl İstanbul klubunun qışda rusiyalı forvardı transfer edəcəyi iddia olunurdu.

Amma Türkiyə nəhənginin rəsmisi Səlahəddin Baki məsələ haqda bu cür danışıb:

"Xeyr, bu, mümkün deyil. Biz bütün hücumçularımızdan razıyıq. Üstəlik, yeni legioner üçün yerimiz də yoxdu".

​Bu mövsüm Dzyuba Superliqada 4 oyuna 1 qol vurub. 

Xəbər xətti