Portuqaliyalı paytaxt klubunu tərk edəcək

16:11 - 15 Oktyabr 2022

"Atletiko"nun futbolçusu Joao Feliks Fransaya yollana bilər.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, gənc futbolçuya PSJ-dən təklif gəlib.

Paris klubunun 22 yaşlı futbolçunu qışda heyətinə qatacağı iddia olunur.

2019-cu ildən "Atletiko"da çıxış edən portuqaliyalı bu mövsüm 11 matçda 3 assistlə yadda qalıb. 

Xəbər xətti