"Qarabağ"ın aparıcı üzvü "Sumqayıt"a qarşı oynamayacaq

17:02 - 15 Oktyabr 2022

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun "Olimpiakos"la matçında zədələnən "Qarabağ"ın futbolçusu Kadi Borgesin durumu bəlli olub.

Sportal.az xəbər verir ki, həkim müayinəsindən sonra braziliyalı futbolçunun bir həftə meydanlardan uzaq qalacağı dəqiqləşib. 

Kadinin zədəsi ciddi olmasa da, Premyer Liqanın 10-cu turunun "Sumqayıt"la matçını buraxacaq.

Xəbər xətti