Dünya çempionatının qalibi bəlli oldu

10:09 - 16 Oktyabr 2022

Qadınlar arasında keçirilən voleybol üzrə dünya çempionatının qalibinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, final görüşündə Serbiya Braziliyanı üstələyib.

Niderlandın Apeldorn şəhərində keçirilən matçda serblər hər üç seti də qazanıb (26:24, 25:22, 25:17). Bununla da Serbiya tarixində 2-ci dəfə munidalın qalibi olub.

İtaliya isə ABŞ-a qalib gələrək üçüncü yerə sahib çıxıb (3:0).

 

Xəbər xətti