Messi: "Braziliya və Fransa dünya çempionatının əsas favoritləridi"

18:29 - 17 Oktyabr 2022

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi Qətərdə keçiriləcək dünya çempionatı barədə danışıb. 
 

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, argentinalı mundialda hansı komandaları favorit hesab etdiyindən danışıb.

"Mundialda Braziliya, Almaniya, Fransa, İngiltərə, İspaniya kimi böyük komandalar var. Əminəm ki, hətta bəzi komandaların adını unutmuşam. Amma bir və ya ikisinin adını çəkəsi olsam, məncə, Braziliya və Fransa Qətərdəki dünya çempionatının əsas favoritləridi".

Xəbər xətti