"Real"ın futbolçusu İngiltərəyə yollana bilər

10:44 - 19 Oktyabr 2022

"Real"ın yarımmüdafiəçisi Marko Asensio karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, "Nyukasl" ispaniyalını 2023-cü ilin yayında azad agent kimi heyətinə qatmaq istəyir. Artıq İngiltərə klubu onun meneceri ilə danışıqlara başlayıb.

İspaniya millisinin üzvü 2015-ci ilin yayından "Real"da oynayır. 

 

Xəbər xətti