Yığmamızın üzvü oynamadı, komandası qalib gəldi

11:46 - 19 Oktyabr 2022

Ukrayna Premyer Liqasında 8-ci turun matçları keçirilib.

Sportal.az xəbər verir ki, U-21 yığmamızın üzvü Emil Musatafayevin formasını geyindiyi "Aleksandriya" da növbəti matçına çıxıb.

Emilin komandası "Krivbas"a 2:0 qalib gəlib.

Yığmamızın üzvü bu oyunda da meydana çıxmayıb. 

"Aleksandriya" 8 turdan sonra 13 xalla 5-ci pillədədi.

Xəbər xətti