"Liverpul" və İngiltərə millisinin sabiq futbolçusu Con Flanaqan aktiv futbolçu kareyrasını başa vurub.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə 29 yaşlı müdafiəçi özü məlumat verib.
Son olaraq Danimarkanın "Koge" klubunda oynamış Flanaqan səhhətindəki problemlərə görə karyerasına davam etməyib.
O, "Liverpul"la yanaşı "Börnli", "Bolton", "Reyncers", "Şarlerua" klublarında çıxış etmişdi.
