Milli komandamızın Moldova ilə keçirəcəyi yoxlama oyununun vaxtı dəqiqləşib.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 16-da Moldovanın paytaxtı Kişinyov şəhərindəki “Zimbru” stadionunda oynanılacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanılacaq.
