Daha bir fransalı dünya çempionatına yollanmayacaq

14:18 - 19 Oktyabr 2022

Fransa millisinin daha bir futbolçusu sıradan çıxıb.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, "Lion"un futbolçusu Korentin Tolisso "Renn"lə görüşdə sıradan çıxıb.

O, sol bud nahiyəsindən zədələnib. Buna görə də Tolisso bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq. Artıq Tolissonun Fransa millisinin heyətində dünya çempionatına yollanmayacağı dəqiqləşib.

 

Xəbər xətti